Günün hədisi: Günahın təsiri

Günün hədisi: Günahın təsiri

 Maide.Az günün hədisini təqdim edir:
 
İmam Sadiq (ə):
 
مَن يَمُوتُ بِالذُّنُوبِ أَكْثَرُ مِمَّن يَمُوتُ بِالْآجَالِ وَ مَن يَعِيشُ بِالْإِحْسَانِ أَكْثَرُ مِمَّن يَعِيشُ بِالْأَعْمَارِ
 
“Günahın təsiri nəticəsində ölən insanların sayı təbii ölümlə dünyasını dəyişən insanların sayından, xeyirxah əməllərinin təsiri nəticəsində ömür sürən insanların sayı isə təbii ömürlə yaşayan insanların sayından daha artıqdır.”
(“Səfinətül-bihar”, c.3, səh.217.)
 
Qısa izah
 
Psixoloji gərginlik və sarsıntıların əsas amillərindən biri insandan baş qaldıran günahlar olsa da, həqiqətdə, vicdanın ona verdiyi əzab insanın ruhiyyəsinə güclü təzyiq göstərir və narahatçılıq yaradır. Günaha mürtəkib olan insan vicdan məhkəməsində mühakimə edilir, ən ağır cəzalara layiq görülür, onun təsiri özünü cisim və ruhda, hətta öldüyü zaman da ölümündən sonra büruzə verir. Amma əqidəsi sağlam və mənəviyyat sahibi olan insanlar vicdanları tərəfindən alqışlanır, xeyir əməllərə daha çox təşviq olunur və belə insanlarda bu cəhətdən ruh yüksəkliyi yaranır. Nəticə etibarı ilə, günahların insan ömrünün qısalması, xeyir və saleh əməllərin isə onun uzanıması amili olduğunu söyləmək olar.
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru