Günün hədisi: Bu üç zümrə ilə məsləhətləşmə

Günün hədisi: Bu üç zümrə ilə məsləhətləşmə

 Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə):
 
لا تُدْخِلَنَّ فِي مَشْوَرَتِكَ بَخِيلًا يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ وَ يَعِدُكَ الْفَقْرَ وَ لا جَبَانًا يُضْعِفُكَ عَنِ الْأُمُورِ وَ لا حَرِيصًا يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ
 
“Paxıl insanla məsləhətləşmə ki, səni yaxşılıq etməkdən çəkindirər, yoxsulluqla qorxudar. Qorxaq insanla məsləhətləşmə ki, işlərə qarşı iradəni zəiflədər. Tamahkar şəxs də özünə müşavir təyin etmə ki, zülmü sənin üçün zinətləndirər.”
 
(“Nəhcül-bəlağə”, 53-cü məktub.)
 
Qısa izah
 
Məşvərət və məsləhət İslamın mühüm göstərişlərindən biridir. Dünyagörüşlü şəxslərlə məsləhətləşmək nəzərdə tutulan işlərin daha da inkişafına səbəb olduğu kimi, aşkar zəif xüsusiyyətlərə malik insanlarla məsləhətləşmək də ciddi zərərlərin yaranmasına gətirib çıxarır və əks-təsir göstərir. Bu baxımdan, İmam Əli (ə) insanlara üç dəstədən olan şəxsləri məşvərətçi kimi seçilməməsini tövsiyə edir. Həmin şəxslər paxıllar, qorxaq və tamahkarlardır. Paxıllar insanı digərlərinə xidmət və yaxşılıqlardan çəkindirər, qorxaqlar mühüm işlərlə bağlı iradə zəifliyi və süstlüyünün yaranmasına səbəb olar, həris və tamahkarlar isə daha çox mal və sərvət əldə etməkdə digərlərinə zülm və haqsızlıq etməyi insanın nəzərində gözəl göstərər.
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru