Günün hədisi: Vədlərimiz borclarımızdır

Günün hədisi: Vədlərimiz borclarımızdır

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Rza (ə):
 
إِنَّا أَهْلَ بَيْتٍ نَرَيٰ وَعْدَنَا عَلَيْنَا دَيْناً كَمَا صَنَعَ رَسُولُ اللهِ
“Biz elə bir ailədənik ki, verdiyimiz vədləri borc bilirik. Necə ki, Allahın Peyğəmbəri (s) belə idi.”
 
(“Tuhəful-uqul”, səh.333.)
 
Qısa izah
 
Borclu olmaq insanın kimdənsə bir şey alaraq onun müqabilində borca düşməsi deyil. Digərlərinə vədə verən şəxslər hansısa bir işin məsuliyyətini öhdələrinə alaraq onu yerinə yetirməyi qəbul edirlər. Həqiqətdə, bu məsələ inkar edilməyən əxlaqi borc sayılır.
 
Əhdə vəfa etmək, şəxsiyyətin böyüklüyü, əzəmət və doğruluqdan, ən əsası isə imandan xəbər verir. Bu yolla cəmiyyətdə ictimai əməkdaşlıq canlanır və etibar və şəxslərin bir-birinə inamı artır, möhkəmlənir.
 
İslam nəzərində əhdə vəfa etmək həddən artıq əhəmiyyət kəsb edir, hətta bəzi hədislərdə bu məsələ dindar və dinsizlərin ayırd edilməsi üçün ülgü və ölçü funksiyasını daşıyır.
 
Bəli! Vəd etdiyimiz hər bir məsələdə özümüzü məsuliyyətli və borclu bilməliyik.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru