Günün hədisi: Allahı yad etməyi unutma!

Günün hədisi: Allahı yad etməyi unutma!

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

يا كُمَيْلُ! سَمِّ كُلَّ يَوْمٍ بِاسْمِ اللَّهِ، وَ قُلْ لا حَوْلَ وَ لاقُوَّةَ الّا بِاللَّهِ، وَ تَوَكَّلْ عَلَى اللَّهِ، وَ اذْكُرْنا وَ سَمِّ بِاسْمائِنا وَصَلِّ عَلَيْنا، وَ ادِرْ بِذلِكَ عَلى‏ نَفْسِكَ وَ ما تَحُوطُهُ عِنايَتُكَ، وَ تُكَفُّ شَرَّ ذلِكَ الْيَوْمِ انْ شاءَ اللَّهِ

“Ey Kumeyl! Hər gün (işlərini) “Bismillahir-Rəhmanir-Rəhim” deməklə (Allahın adı ilə) başla və “Lə həvlə və lə quvvətə illə billəh” (Allahın qüdrətindən başqa bir qüdrət yoxdur) zikrini unutma! Allaha təvəkkül et (hər gün “Təvəkkəltu ələllah” (İlahi, sənə təvəkkül) deməyi unutma). Hər gün bizi yad et (bizə salam və salavat göndər). Bundan sonra özünə və əhli-əyalına üfür. Allahın istəyi ilə (bu işlərdən sonra) həmin günün şərindən amanda qalacaqsan!”

(“Biharul-ənvar”, c.74, səh.412.)

 

Qısa şərh

Bu ifadələrin yanaşı düzülməsi səbəbsiz deyil və onların bir-birilə əlaqəsini aşılayır. İslam mədəniyyətinə əsasən, hər bir işi Allahın adı ilə başlamaq lazımdır. Onun adı ilə başlanılmayan iş sona yetməz. İmam Əli (ə) bir hədisdə buyurmuşdur:

كُلُّ امْرٍ ذى بالٍ لَمْ يُذْكَرْ فيهِ اسْمُ اللَّهِ فَهُوَ ابْتَرُ

“Allahın adı ilə başlanılmayan hər bir mühüm iş sona çatmaz.” (“Biharul-ənvar”, c.73, səh.305 və 89-cu cild, səh.242.)

“Lə həvlə və lə quvvətə illə billəh” (Allahın qüdrətindən başqa bir qüdrət yoxdur) zikrini təkrar etməyin səbəbi odur ki, bütün güc və qüdrətin, eləcə də, bizimlə acı hadisələr arasında fasilə yaradanın məhz mütləq Qadir tərəfindən olduğuna inanaq. Biz Ona güvənmədən nə bir iş görməyə qadirik, nə də maneələri aradan qaldıra bilərik.

Amma bütün işlərdə mütləq qüdrət sahibi olan Ahlaha təvəkkül etməkdə tam vücudumuzla belə deməyi məqsəd güdürük: “İlahi, Sənin lütf və mərhəmətinə güvənmədən, elm və qüdrətinə təvəkkül etmədən heç bir işə qadir deyilik. Hər nə varsa, Sənin tərəfindən və Sənin əlindədir.”

Nəhayət, işə başlayarkən qısa bir ifadə ilə, “Əllahummə səlli əla Muhəmməd və alihi və Əmiril-Mu`minin vəl-əimmətil-məsumin” – deməklə on dörd məsuma (ə) təvəssül etməyimiz də tövsiyə olunur.

İnsan qeyd edilən dörd əməli yerinə yetirmək və onun məzmununa etiqad bəsləməklə, günün şərindən, öz nəfsindən, şeytanların, cinlərin, insanların şərindən, müxtəlif acı hadisələr və bəlalardan amanda qalacaqdır.

Diqqət!

Allahın yadı və ilahi zikr dilin lağlağısına çevrilməməli, əksinə insanın ruhu və canına nüfuz etməli, onun rənginə boyanmalıdır. Misal üçün, soyuq və qara bir metalı oda atdıqda, onun rənginə düşür. Demək, biz də ilahi zikrləri təkrar etdikcə, onun rənginə boyanmalı və dilimizdən qəlbimizə doğru körpü salmalıyıq!

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru