Günün hədisi: Ağıllı insan kimdir?

Günün hədisi: Ağıllı insan kimdir?

Maide.Az günün hədisini təqdim edir:

 

İmam Əliyə (ə): “Aqil (ağıllı insan) sözünün mənasını bizim üçün izah edin.” – dedikdə buyurdu:

هُوَ الَّذِي يَضَعُ الشَّيْئَ مَوَاضِعَهُ

“Aqil hər bir şeyi öz yerində yerləşdirən kəsdir.”

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 232.)

Qısa izah

“Əql” məfhumu və onun mənası barədə çoxlu sözlər söylənməsinə baxmayaraq, həzrət Əlinin (ə) yuxarıda qeyd edilən qısa və lakonik cümləsi bu barədə deyilən ən yaxşı ifadədir. Əql hər bir şeyi öz yerində və hər bir şəxsi cəmiyyətdə ona layiq məqamda yerləşdirməkdən başqa bir şey deyil. Bu baxımdan, ibadət, itaət, sevinc, şadlıq, ticarət, dostluq və digər məsələlər öz zamanı və yerində həyata keçirilməlidir.

Belə xüsusiyyətlərə malik insanlar həm ağıl sahibi, həm də ədalətli şəxslər kimi cəmiyyətdə tanınır. Qeyd edək ki, ədalət barəsində də eyni tərif söylənilmişdir.

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru