Günün hədisi: Ən yaxşı miras

Günün hədisi: Ən yaxşı miras

 
Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə):
 
خَيْرُ مَا وَرَّثَ الْآبَاءُ الْأَبْنَاءَ الْأَدَبُ
 
“Ataların övladları üçün geridə qoyduğu ən yaxşı miras ədəbdir.”
 
(“Qurərul-hikəm”, c.3, səh.438.)
 
Qısa izah
 
“Ədəb” sözü “gözəl rəftar”, “ehtiramla yanaşı münasibətlər” mənasını ifadə edir.
 
Bu məsələ bəzən insanların bir-biri ilə münasibətdə, bəzən də insanla Allah arasındakı rabitədə özünü büruzə verir və hər iki halda insanın bütün sahələrdə müvəffəqiyyətə nail olması sirlərindən biri və ona əta edilən ən yaxşı sərmayələrdən sayılır.
 
Elə bu səbəbdən, İmam Əli (ə) ataların övladları üçün miras qoyduğu ən yaxşı irsin “ədəb” olduğunu vurğulayır və onun vəhdət, dostluq, məhəbbət və ictimai fəaliyyətlərdə təsirli olan ən mühüm amil olduğunu diqqətə çatdırır.
 
Biz də özümüz və gələcək nəsli təşkil edən övladlarımızın ədəbli olmasına çalışmalıyıq.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru