Günün hədisi:Öz eybini unutma 08 Avqust 2019 08:26 Günün hədisi Maide.Az günün hədisini təqdim edir: İmam Sadiq (ə): اِذَا رَأَيْتُمُ الْعَبْدَ يَتَفَقَّدُ الذُّنُوبَ مِنَ النَّاسِ نَاسِيًا لِذَنْبِهِ فَاعْلَمُوا اَنَّهُ قَدْ مُكِرَ بِهِ “Öz günahlarını unudub camaatın günah və eyiblərini arayan və hər şeyə irad tutan bir şəxsi müşahidə etdikdə, bilin ki, o, ilahi cəzaya mübtəla olmuşdur.” (“Tuhəful-uqul”, səh.271.) Qısa izah Bəziləri başqalarında eyib axtarmaq, yanlış və xətalarına diqqət etməkdə mahir və uzaqgörəndirlər. Amma özlərinin səhv və xətalarını unutmuşlar. Məşhur məsələ əsasən, onlar “öz gözündə oxu görməyib başqalarında tük axtaran kəslər”in timsalındadırlar. Belələri özlərindən xəbərsiz, təkəbbürlü və eqoist insanlardır və həmin xislətlərin nəticəsində “özünü unutmaq” xəstəliyinə düçar olmuşlar. Bu isə həqiqətdə, ilahi cəzadır. İnsanlar digərlərini islah etməzdən öncə, özlərindəki mənfi xüsusiyyətləri aradan qaldırmalı, daha sonra başqalarını tərbiyə etməyə çalışmalıdır. Maide.az – Maarif bölümü Teqlər : #Günün,#hədisi:Öz,#eybini,#unutma, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Günün hədisi: Möminlər altı xislətdən uzaqdırlar Günün hədisi: Nəfsə pərəstişdən çəkin