Güünün hədisi: Sərvətlə onun istifadəsi  arasındakı uyğunluq

Güünün hədisi: Sərvətlə onun istifadəsi arasındakı uyğunluq

Maide.Az  günün hədisini təqdim edir: 
 
İmam Əli (ə):
 
مَنْ يَكْسِبُ مَالاً مِنْ حَقِّهِ يَصْرِفُهُ فِيْ غَيْرِ أَجْرِهِ
 
“Qazancı qeyri-şəri və haram yolla olan kəs onu ilahi mükafatı olmayan yerlərə sərf edər.”
 
(“Tuhəful-uqul”, səh.63.)
 
Qısa izah
 
Çamaat arasında yayılmış “hər gəlir xeyirli işlər və quruculuq üçün sərf olunmağa layiq deyil” kimi sözlərə yuxarıda qeyd edilən hədis yazılı sənəddir. Həqiqət də söylənilənləri təsdiqləyir. Həyatda bəzi insanların öz sərvətləri ilə hansısa bir xeyirli işdə iştirak etmək istədiyini, lakin sonuna qədər yolu davam etdirməyə müvəffəq olmadığını və ya müvəffəq olarsa da, nəzərdə tutulan işin sonunda müsbət deyil, mənfi təsir qoyduğunu müşahidə etmişik. Onlardan fərqli olaraq, möminlərin azacıq sərmayələr ilə xalqa böyük xidmətlər edə bilməsi də nəzərdən qaçırılmamalıdır.
Yəni qeyri-şəri mal və sərvətlərin xeyirli işlərə sərf olunacağını gözləmək olmaz.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru