Günün hədisi: Əvvəl qonşu, sonra ev!

Günün hədisi: Əvvəl qonşu, sonra ev!

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Həsən (ə):
 
رَأَيتُ اُمّي فاطِمَةَ (س) قائِمَةً في مِحرابِها لَيلَةَ الجُمُعَةِ، فَلَم تَزَل راكِعَةً ساجِدَةً حَتَّى انفَجَرَ عَمودُ الصُّبحِ، وسَمِعتُها تَدعو لِلمُؤمِنينَ والمُؤمِناتِ وتُسَمّيهِم وتُكثِرُ الدُّعاءَ لَهُم ولا تَدعو لِنَفسِها بِشَيءٍ، فَقُلتُ: يا اُمّاه، لِمَ لا تَدعينَ لِنَفسِكِ كَما تَدعينَ لِغَيرِكِ؟ فَقالَت: يا بُنَيَّ، الجارَ ثُمَّ الدّارَ
 
“Anam Fatiməni (ə.s.) cümə gecəsi mehrabda ibadət etdiyini gördüm və o, sübh açılana qədər rükuda qaldı. Dualarında eşitdim ki, bir-bir mömin kişi və qadınların adını çəkir, özünü isə əsla dilə gətirmirdi. Bu zaman mən dedim: “Ana! Nə üçün başqalarına dua edir, özünü isə unudursan?” O buyurdu: “Oğlum, əvvəl qonşu, sonra ev.”
 
(“Dəlailul-imamət”, səh.125, hədis 65.)
 

Google+ WhatsApp ok.ru