Günün hədisi: Kişilərin ən pisi

Günün hədisi: Kişilərin ən pisi

Maide.Az günün hədisini təqdim edir:
 
Peyğəmbəri-Əkrəm (s):
 
أَلاَ أُخْبِرُكُمْ بِشِرَارِ رِجَالِكُم
 
“Sizə kişilərin ən pisindən xəbər verimmi?”
 
Dedilər:
 
بَلَى يَا رَسُولَ اَللَّهِ
 
“Bəli, ey Allahın Rəsulu!”
 
Həzrət buyurdu:
 
إِنَّ مِنْ شِرَارِ رِجَالِكُمُ اَلْبَهَّاتَ اَلْجَرِيءَ اَلْفَحَّاشَ اَلْآكِلَ وَحْدَهُ وَ اَلْمَانِعَ رِفْدَهُ وَ اَلضَّارِبَ عَبْدَهُ وَ اَلْمُلْجِئَ عِيَالَهُ إِلَى غَيْرِهِ
 
“Həqiqətən, siz kişilərin ən pisi (bu xüsusiyyətlərə sahib olanlardır):
 
1. böhtançı;
2. söyüşcül;
3. tək-tənha yemək yeyən;
4. yaxşılığını əsirgəyən;
5. köləsini döyən;
6. əhli-əyalını (gündəlik ev xərclərində) başqasına möhtac edən.”
 
“Əl-kafi”, c.2, səh.292.
 

Google+ WhatsApp ok.ru