Günün hədisi: Axır zamanda ümmətin halı

Günün hədisi: Axır zamanda ümmətin halı

Maide.Az günün hədisini təqdim edir: 

Peyğəmbəri-Əkrəm (ə):

يَنْزِلُ بِاُمَّتِى فِى آخِرِالزَّمانِ بَلاءٌ شَديدٌ مِنْ سُلْطانِهِمْ، لَمْ يُسْمَعْ بَلاءٌ اَشَدٌّ مِنْهُ، حَتّى تَضِيقَ عَنْهُمُ الاَرْضُ الرَّحْبَةُ، وَحَتّى يَمْلَاُ الْاَرْضَ جَوْراً وَظُلْماً، لايَجدُ الْمُؤمِنُ مَلْجَاً يَلْتَجِاُ اِلَيْهِ مِنَ الظُّلمِ فَيَبْعَثُ اللهُ عَزَّوَجَلَّ رَجُلاً مِنْ عِتْرَتِى، فَيَمْلَاُ الْاَرْضَ قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً، يَرْضى عَنْهُ ساكِنُ السَّماءِ وَ ساكِنُ الْاَرْضِ، لا تَدَّخِرُ الْاَرْضُ مِنْ بَذرِها شَيْئاً اِلاّ اَخْرَجَتْهُ، وَلاَ السَّماءُ مِنْ قَطْرِها شَيْئاً اِلاّ صَبَّهُ اللهُ عَلَيْهِمْ مِدراراً
 
“Axır zamanda mənim ümmətim öz hakimləri tərəfindən ağır bəlalara məruz qalacaq; belə ki, ondan ağır və şiddətlisi eşidilməz! Hətta yer üzü genişliyi ilə belə, onlara dar olacaq, zülm və haqsızlıq hər yeri tutacaq.
 
Mömin bir kəs yer üzündə zülmdən sığınmaq üçün bir yer tapmayacaq. Bu zaman Allah-Taala mənim sülaləmdən bir nəfəri göndərəcək ki, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldursun. Göy və yerin sakinləri ondan razı olarlar, yer üzündə cücərməyən bir toxum qalmaz və səmada Allahın o ümmətin üzərinə tökməyəcəyi bir yağış damlasını saxlamaz (və hər yer xeyir-bərəkətə bürünər.)”
 
“Əl-mustədrəku ələs-səhiheyn”, c.4, səh.512, hədis 8438.
 

Google+ WhatsApp ok.ru