Günün hədisi: Ən yaxşı altı iş

Günün hədisi: Ən yaxşı altı iş

Maide.Az günün hədisini təqdim edir: 
 
İmam Əli (ə):
 
سِتَّةُ أَشْيَاءَ حَسَنٌ وَ لَكِنْ مِنْ سِتَّةٍ أَحْسَنُ، اَلْعَدْلُ حَسَنٌ وَ هُوَ مِنَ الْأُمَرَاءِ أَحْسَنُ، وَ اَلصَّبْرُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْفُقَرَاءِ أَحْسَنُ، وَ اَلْوَرَعُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْعُلَمَاءِ أَحْسَنُ، وَ اَلسَّخَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلْأَغْنِيَاءِ أَحْسَنُ، وَ اَلتَّوْبَةُ حَسَنَةٌ وَ هِيَ مِنَ اَلشَّابِّ أَحْسَنُ وَ اَلْحَيَاءُ حَسَنٌ وَ هُوَ مِنَ اَلنِّسَاءِ أَحْسَنُ
 
“Altı iş yaxşıdır, amma onun altı dəstədən baş verməsi daha yaxşıdır:
 
1. Ədalət yaxşıdır, amma rəhbərlərin ədalətli olması daha yaxşıdır.
 
2. Səbir yaxşıdır, amma yoxsulların səbirli olması daha yaxşıdır.
 
3. Təqva yaxşıdır, amma alimlərin təqvalı olması daha yaxşıdır.
 
4. Səxavət yaxşıdır, amma varlıların səxavətli olması daha yaxşıdır.
 
5. Tövbə yaxşıdır, amma gənclərin tövbə etməsi daha yaxşıdır.
 
6. Həya yaxşıdır, amma qadınların həyalı olması daha yaxşıdır.”
 
“İrşadul-qulub”, c.1, səh.193.
 

Google+ WhatsApp ok.ru