Günün hədisi: Şübhəli yeməklərdən çəkinin!

Günün hədisi: Şübhəli yeməklərdən çəkinin!

İmam Əlinin (ə) Bəsrə şəhərinin hakimi Osman ibn Hüneyfə məktubu:
 
يَابْنَ حُنَيْف فَقَدْ بَلَغَنِي أَنَّ رَجُلاً مِنْ فِتْيَةِ أَهْلِ الْبَصْرَةِ دَعَاكَ إلى مَأدُبـَة فَأَسْرَعْتَ إِلَيْهَا تُسْتَطَابُ لَكَ الألوَانُ، وَتُنْقَلُ إِلَيْكَ الْجِفَانُ وَمَا ظَنَنْتُ أَنَّكَ تُجِيبُ إِلى طَعَامِ قَوْم، عَائِلُهُمْ مَجْفُوٌّ، وَغَنِيُّهُمْ مَدْعُوٌّ. فَانْظُرْ إِلَى مَا تَقْضِمُهُ مِنْ هذَا الْمَقْضَمِ، فَمَا اشْتَبَهَ عَلَيْكَ عِلْمُهُ فَالْفِظْهُ، وَمَا أَيْقَنَتَ بِطِيبِ وَجهِهِ فَنَلْ مِنْهُ
 
“Ey Hüneyfin oğlu, mənə xəbər çatıb ki, Bəsrə gənclərindən biri səni ziyafətə dəvət edib və sən dərhal həmin ziyafətə doğru gedibsən. Sənin üçün növbənöv ləzzətli yeməklər istənilib, qarşına böyük kasalar gətirilib. Sənin, öz yoxsullarını qovan, varlıları isə dəvət edən bir dəstənin qonaqlığına getməyini güman etməzdim. Elə isə, bu yeməkdən dişlədiyinə diqqət et, (halal və ya haram olması) sənə məlum olmayanı at (yemə). Qazanc yollarının pak olduğunu (halal və düz yolla əldə edildiyini) yəqin bilirsənsə, o zaman ondan ye!”
 
“Nəhcül-bəlağə”, məktub 45.
 
 

 

Google+ WhatsApp ok.ru