Günün hədisi: Xoşbəxtlik nədir?

Günün hədisi: Xoşbəxtlik nədir?

Maide.Az günün hədisini təqdim edir: 
 
Əbu Übeydədən nəql olunur ki, İmam Sadiqə (ə) ərz etdim:
 
اُدْعُ اَللَّهَ لِي أَنْ لاَ يَجْعَلَ رِزْقِي عَلَى أَيْدِي اَلْعِبَادِ 
 
“Allahdan istə ki, mənim ruzimi bəndələrinə həvalə etməsin.” 
 
İmam (ə) buyurdu: 
 
 أَبَى اَللَّهُ عَلَيْكَ ذَلِكَ إِلاَّ أَنْ يَجْعَلَ أَرْزَاقَ اَلْعِبَادِ بَعْضِهِمْ مِنْ بَعْضٍ وَ لَكِنِ اُدْعُ اَللَّهَ أَنْ يَجْعَلَ رِزْقَكَ عَلَى أَيْدِي خِيَارِ خَلْقِهِ فَإِنَّهُ مِنَ اَلسَّعَادَةِ
 
“Allah belə bir duanı sənin üçün qəbul etməz. Çünki Allah bəndələrinin ruzisini bir-birinin vasitəsilə yetirir. Buna görə də, sən dua et ki, Allah sənin ruzini yaxşı insanların vasitəsilə yetirsin ki, həqiqətən, xoşbəxtlik elə budur!"
 
“Tuhəful-uqul”, səh.361.
 

Google+ WhatsApp ok.ru