Günün hədisi: Şəhidlərin tayı

Günün hədisi: Şəhidlərin tayı

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə):
 
مَا الُمجاهِدُ الشَّهيدُ فى سَبيلِ اللَّهِ بِاعْظَمَ اجْراً مِمَّنْ قَدَرَ فَعَفَّ
 
“Allah yolunda cihad edərək şəhadətə yetən şəxsin məqamı günaha qadir olduğu halda iffətini qoruyan şəxsdən böyük deyil!”
 
(“Nəhcül-bəlağə”, qısa kəlamlar 474.)
 
Qısa izah
 
İslam məntiqinə əsasən, ən böyük cihad nəfslə mübarizədir, məxsusən, çirkin mühitlərdə bu mübarizənin çətinliyi və böyüklüyü hamıya bəllidir. Hətta düşmənlə mübarizə ixlas, vəhdət və saf niyyətlə, xudbinlik və şəxsi qərəzliklərdən uzaq olduğu zaman nəticə verəcəkdir. Bu da, yalnız əxlaqi səciyyələri inkişaf etdirmək və nəfslə mübarizə ilə mümkündür.
 
Elə bu səbəbdən də, imam Əli (ə) buyurur: “Mübarizə meydanında nəfsinə qalib gələn və çirkin mühitlərdə özünü günahlardan qoruyanın məqamı Allah yolunda şəhid olan mübarizin məqamından kiçik deyil!” “Nəhcül-bəlağə”də bu hədisin davamında belə buyurulur: “İffətli şəxsin məqamı səma mələkləri ilə bərabərdir.”
 
Məsum rəhbərlərin (ə) “böyük cihad” adlanan nəfslə mübarizəyə böyük əhəmiyyət verməsinin əsas səbəbi budur ki, əksər günahların, hətta bütün günahların mənşəyi nəfsi və şeytani istəklərdir. İnsaniyyətə zidd olan bu düşmənin təhlükəsi və əməliyyat çərçivəsi böyük olduğundan, onunla mübarizə xüsusi dəyər hesab edilir və mübarizə aparan şəxs şəhidlərin sırasına qoşulur. Xoş olsun hər iki zümrənin halına!
 
Maide.az – Maarif bölümü
 
 

Google+ WhatsApp ok.ru