Günün hədisi: Şeytanın iki tələsi

Günün hədisi: Şeytanın iki tələsi

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Sadiqin (ə) Abdullah ibn Cündəbə tövsiyəsi:
 
يا بْنَ جُنْدَب اِنَّ لِلشَّيطانِ مَصائدَ يَصْطادُ بها فَتَحامُوا شِباكَهُ و مَصائِدَهُ 
“Ey Cündəb oğlu, (insanları) ovlamaq üçün şeytanın tələləri vardır. Elə isə, onun tələlərindən ehtiyatlı ol.”
 
Abdullah soruşur:
 
يا بْنَ رسولِ اللّهِ و ما هِىَ؟ 
 
“Ey Rəsuləllahın övladı! Həmin tələlər nədən ibarətdir?”
 
İmam (ə) buyurur:
 
اما مَصائِدُهُ فَصَدٌّ عَنْ بِرِّ الاِخوانِ، و اَمّا شِباكُهُ فَنَوْمٌ عَنْ قَضاءِ الصّلَواتِ الّتى فَرَضَهَا اللّهُ،
 
“Tələlərdən biri insanı öz din qardaşlarına yardımdan məhrum etməkdir. İkinci tələ isə Allahın vacib buyurduğu namazları vaxtında qılmamaq üçün insanların yuxuya getməsidir.
 
“Tuhəful-uqul”, səh.302.

Google+ WhatsApp ok.ru