Günün hədisi: İmamların 17 xüsusiyyəti

Günün hədisi: İmamların 17 xüsusiyyəti

İmam Rza (ə) Fəzl ibn Səhlə göndərdiyi məktubda belə yazmışdı:
 
إنَّ مِن دينِهِم [أيِ الأَئِمَّةِ(ع)] الوَرَعَ وَالعِفَّةَ، وَالصِّدقَ وَالصَّلاحَ وَالاِجتِهادَ، وأداءَ الأَمانَةِ إلَى البَرِّ وَالفاجِرِ، وطولَ السُّجودِ، وَالقِيامَ بِاللَّيلِ، وَاجتِنابَ المَحارِمِ، وَانتِظارَ الفَرَجِ بِالصَّبرِ، وحُسنَ الصُّحبَةِ، وحُسنَ الجِوارِ، وبَذلَ المَعروفِ، وكَفَّ الأَذى، وبَسطَ الوَجهِ، وَالنَّصيحَةَ، وَالرَّحمَةَ لِلمُؤمِنينَ
 
“Həqiqətən, təqva, iffət, doğruluq, xeyirxahlıq, çalışqanlıq, əmanəti sahibinə k – istər yaxşı, istərsə də pis olsa belə – qaytarmaq, uzun səcdə, gecə namazı, haramdan çəkinmək, səbirlə işlərin həllini (fərəcin intizarını) gözləmək, yaxşı dostluq, yaxşı qonşuluq, hamıya yaxşılıq, başqalarına əziyyət verməmək, gülərüzlülük, öyüd vermək və möminlərə qarşı mərhəmətli olmaq onların (imamlar) dini ədəblərindəndir.”
 
“Tühəful-qul”, səh.416.
 

Google+ WhatsApp ok.ru