Günün hədisi: Şeytanın fəryadı

Günün hədisi: Şeytanın fəryadı

Maide.Az günün hədisini təqdim edir:

 
İmam Sadiq (ə):
 

عَلَيكَ بِتَقوَى اللّهِ وَالوَرَعِ والاِجتِهادِ وصِدقِ الحَديثِ وأداءِ الأَمانَةِ وحُسنِ الخُلُقِ وحُسنِ الجِوارِ، وكونوا دُعاةً إلى أنفُسِكُم بِغَيرِ ألسِنَتِكُم، وكونوا زَينًا ولا تَكونوا شَينًا، وعَلَيكُم بِطولِ الرُّكوعِ وَالسُّجودِ، فَإِنَّ أحَدَكُم إذا أطالَ الرُّكوعَ والسُّجودَ هَتَفَ إبليسُ مِن خَلفِهِ وقالَ: يا وَيلَهُ! أطاعَ وعَصَيتُ، وسَجَدَ وأبَيتُ.

 
“Sənə Allahdan qorxmağı, pərhizkarlığı, çalışqanlığı, düz danışmağı, əmanətdarlığı, gözəl əxlaq və yaxşı qonşuluğu tövsiyə edirəm. Camaatı dillərinizlə yox, əməllərinizlə (dinə) dəvət edin. Bizə zinət olun və bizi xar etməyin. Rüku və səcdələriniz uzun olsun. Doğrudan da, hər biriniz rüku və səcdəni uzun edərsə, şeytan onun ardınca fəryad edərək deyər: “Vay! O itaət etdi, mən isə günah; o səcdə etdi, mən isə etiraz!”
 
“Əl-kafi”, c.2, səh.77, hədis 9.

Google+ WhatsApp ok.ru