Günün hədisi: Rəcəb əhlinin mükafatı

Günün hədisi: Rəcəb əhlinin mükafatı

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Sadiq (ə):
 
إذا كان يوم القيامة نادى مُنادٍ من بطنان العرش: أينَ الرَّجبيّون؟ فيقوم أُناسٌ تُضيء وجوههم لأهل الجَمْع، على رُؤوسهم تِيجان المُلك مكلّلة بالدُّر والياقوت، مع كلّ واحدٍ منهم ألف مَلك عن يمينه، وألف مَلك عن يساره، ويقولون هنيئاً لك كرامة الله عزّ وجلّ يا عبدَ الله، فيأتي النداء مِن عند الله جلَّ جلالُه: "عبادي وإمائي، وعزّتي وجلالي لَأُكرِمنّ مَثواكم، ولَأُجزِلنّ عطاياكم، ولَأُوتينَّكُم من الجنَّة غُرَفاً تجري من تحتها الأنهار خالدين فيها، ونِعْمَ أَجْرُ العاملين، إنّكم تطوَّعتم بالصَّوْم لي في شهر عَظَّمَتُ حُرْمته وأَوجبتُ حقَّه. ملائكتي، أدخِلوا عبادي وإمائي الجنّة" هذا لِمَن صام مِن رجب شيئاً ولو يوماً واحداً في أوّله، أو وَسَطِه، أو آخره
 
“Qiyamət günü (ilahi) carçı ərşin daxilindən fəryad edib deyər: “Haradadır Rəcəb əhli?!” Bu zaman çöhrələrinin nuru Məhşərdəki insanları işıqlandıran bir zümrə ayağa qalxar. Onların başına “dürr və yaqut” tacı qoyular, hər birinin sağ tərəfində min mələk, sol tərəfində də min mələk duraraq, Allah tərəfindən kəramətə sahib olduqları üçün təbrikə layiq görülərlər. Bu zaman Allah-Taala tərəfindən bir nida gələr: “Mənim bəndələrim və kənizlərim! İzzət və cəlalıma and olsun ki, sizə uca məqam, çoxlu əta verəcək, sizi altından çaylar axan bir hücrədə məskunlaşdıracağam və siz orada əbədi qalacaqsınız. Əməl edənlərin mükafatı necə də gözəldir! Həqiqətən, siz mənim ehtiramını böyük qərar verdiyim və haqqını vacib etdiyim bir ayda könüllü olaraq oruc tutdunuz. Ey Mənim mələklərim! Bəndə və kənizlərimi Behiştə aparın...!” (Burada İmam Sadiq (ə) buyurdu:) “Bu savab Rəcəb ayından bir gün – ayının əvvəli, ya ortası, ya da axırında oruc tutan şəxsə əta olunacaqdır! 
 
“Rovzətul-vaizin”, c.2, səh.401.

Google+ WhatsApp ok.ru