Günün hədisi: Xoş olsun Rəcəb ayında Allaha itaət edənlərin halına!

Günün hədisi: Xoş olsun Rəcəb ayında Allaha itaət edənlərin halına!

Maide.Az günün hədisini təqdim edir:
 
Peyğəmbəri-Əkrəm (s):
 
إِنَّ اللَّهَ تَبَارَکَ وَ تَعَالَى نَصَبَ فِی السَّمَاءِ السَّابِعَهِ مَلَکاً یُقَالُ لَهُ الدَّاعِی فَإِذَا دَخَلَ شَهْرُ رَجَبٍ یُنَادِی ذَلِکَ الْمَلَکُ کُلَّ لَیْلَهٍ مِنْهُ إِلَى الصَّبَاحِ طُوبَى لِلذَّاکِرِینَ طُوبَى لِلطَّائِعِینَ وَ یَقُولُ اللَّهُ تَعَالَى أَنَا جَلِیسُ مَنْ جَالَسَنِی وَ مُطِیعُ مَنْ أَطَاعَنِی وَ غَافِرُ مَنِ تَغْفَرَنِی الشَّهْرُ شَهْرِی وَ الْعَبْدُ عَبْدِی وَ الرَّحْمَهُ رَحْمَتِی فَمَنْ دَعَانِی فِی هَذَا الشَّهْرِ أَجَبْتُهُ وَ مَنْ سَأَلَنِی أَعْطَیْتُهُ وَ مَنِ اسْتَهْدَانِی هَدَیْتُهُ وَ جَعَلْتُ هَذَا الشَّهْرَ حَبْلًا بَیْنِی وَ بَیْنَ عِبَادِی فَمَنِ اعْتَصَمَ بِهِ وَصَلَ إِلَیَّ.
 
“Allah-Taala yeddinci səmada “Dai” adlı bir mələk qoyub. Rəcəb ayı çatdıqda, həmin mələk hər gecə (ilk axşamdan) sübhə qədər belə nida edər: “Xoş olsun Allahı yad edənlərin halına! Xoş olsun Allaha itaət edənlərin halına! Allah-Taala buyurur: Mən, Mənimlə birgə olanlarla bir yerdəyəm, Mənə itaət edənlərə mütiəm, Məndən bağışlanma istəyənləri bağışlayaram. Ay, Mənim ayımdır; bəndə, Mənim bəndəmdir; rəhmət, Mənim rəhmətimdir. Hər kim bu ayda Məni səsləsə, cavab verərəm. Məndən bir şey istəsə, əta edərəm. Məndən hidayət istəsə, hidayət edərəm. Bu ayı Özümlə bəndələrim arasında bir kəndir qərar vermişəm, elə isə, hər kim o kəndirdən yapışsa, Mənə çatacaqdır.””
 
“İqbalul-əmal”, Seyid ibn Tavus, c.2, səh.628.
 

Google+ WhatsApp ok.ru