UNRWA: 30 mindən çox fələstinli qaçqının həyatı təhlükədədi

UNRWA: 30 mindən çox fələstinli qaçqının həyatı təhlükədədi

BMT-nin fələstinli qaçqınlara yardım təşkilatı (UNRWA)  Suriyanın cənubundakı Dera əyalətində fələstinli qaçqınların üzləşəcəyi təhlükələr barədə xəbərdarlıq edib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, UNRWA  yayımladığı bəyanatda bildirib ki, Suriyanın cənubunda Dəra əyalətində baş verən son toqquşmalardan sonra 30 mindən çox fələstinli qaçqının həyatı təhlükədədir. 
 
“Dəra əyalətinin iyul ayının 29-da bombalanması səbəb olub ki, yüzlərlə fələstinli qaçqın  yerlərindən didərgin düşsün və yaralansın.  UNRWA -nın həmin fələstinlilərə xidmət etmə gücü azalıb. İyul ayıın 30-da Saraya keçid məntəqəsinin bağlanmasından sonra avqust ayının 2-də fələstinli qaçqınların  dərman, ərzaq və çörək tədarükü tükənib. Düşərgənin su və elektrik enerjisi də kəsilib, bu da uşaqların məktəbə qayıtması üçün hazırlıqlarda problem yaratdı və fələstinli qaçqınların UNRWA –nın xidmətlərindən istifadə imkanlarını azaldıb.”
 
BMT-nin fələstinli qaçqınlara yardım təşkilatı bütün münaqişə tərəflərini Fələstinlilərə maneəsiz humanitar girişi təmin etməyə və Dəra əyalətində dinc sakinlərə xidmət üçün infrastrukturı qorusun. 
 
 

Google+ WhatsApp ok.ru