Beyrutdakı partlayışa görə İngiltərə şirkəti məhkəməyə verildi

Beyrutdakı partlayışa görə İngiltərə şirkəti məhkəməyə verildi

Livanlı hüquqşünaslar ötən il Beyrut limanında 200-dən çox insanın ölümünə səbəb olan böyük partlayışda rolu olduğu iddiası ilə İngiltərədə qeydiyyatdan keçmiş bir kimya şirkətini London Ali Məhkəməsində məhkəməyə veriblər.   

"Financial Times" qəzetinin yazdığına görə, London Ali Məhkəməsində açılan təzminat işində İngiltərəyə aid kimya şirkəti partlayışa səbəb olan "2 min 750 ton ammonium-nitratı düzgün saxlamamaqda" günahlandırılıb. 

 Livanlı vəkillərin məhkəməyə müraciətində 2013-cü ildə "Savaro"ya aid partlayıcı maddələrin Mozambikə daşınarkən yük gəmisinin batması nəticəsində ammonium nitratın Beyrut limanına gətirildiyi ifadə edilib. İngilis kimya şirkətindən tələb olunan təzminat məbləği qeyd olunmayıb./ eastnews/ 

Google+ WhatsApp ok.ru