Günün rəzaləti: 8 telekanalda 8 şəhidin xatirəsinə şıdırğı konsert... 01 Avqust 2014 01:00 Ölkə Bilənlər bilir, bu səhər qara xəbərlə açılıb. Ermənilərlə təmas xəttində milli ordumuz 8 (bəzi məlumatlara görə 11) şəhid verib. Gənc insanlar bizi, torpağımızı qoruyarkən həlak olublar. Telekanallar bu barədə xəbər yaymaq əvəzinə proqramlarına heç bir dəyişiklik etməyiblər. Hamısında ənənəvi əyləncə xarakterli musiqili verilişlər gedir. Şou-biznes adamları studiyalarda ya şit-şit, hırıltılı, qəhqəhəli söhbətlər edir, ya da qol götürüb oynayırlar. Başqa vaxt "vətən, torpaq, xalq, millət" deyə-deyə camaatın başını yarırlar. Bu nə davranışdır, bu nə hərəkətdir. Siz bu millətdən deyilmisiniz? Bizə görə canını fəda edən gənc insanların acısına üzülməyiniz başınıza dəysin, heç olmasa, bir az susun. Allah bilir, bəlkə də onların bu hadisədən xəbərləri belə yoxdur. Belədirsə də çox pis. Ar olsun!/musavat Teqlər : #Günün rəzaləti: 8 telekanalda 8 şəhidin xatirəsinə şıdırğı konsert..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru RSXM Xəzər dənizində baş verən zəlzələnin Azərbaycanın şimal rayonlarında hiss olunması məsələsinə münasibət bildirib Sabah Bakıda havanın temperaturu 37, rayonlarda isə 38 dərəcəyədək yüksələcək