Günvurmadan dünyasını dəyişmiş SOCAR işçisinin ölümü heç kimi maraqlandırmır

Günvurmadan dünyasını dəyişmiş SOCAR işçisinin ölümü heç kimi maraqlandırmır

Ötən günlərdə Cəlilabad rayonu Qaz İstismar Sahəsinin işçisi dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Mustafayev Yavər Yadulla oğlunun səhhəti iş zamanı qəfildən pisləşib.
 
Səhhətinində yaranan problemlə əlaqədar olaraq, o, işdən evə yollanıb. Yaxınları dərhal onu xəstəxanaya aparıblar. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Mərhumun yaxınlarının bildirdiyinə görə onun günvurmadan ölməsi təsdiqlənib.
 
Həmçinin, mərhumun yaxınları bildiriblər ki, Yavər Mustafayev iş zamanı günvurma hadisəsi ilə üzləşsə də Cəlilabad rayonu Qaz İstismar Sahəsinin rəhbərliyi onun aqibəti ilə maraqlanmayıb.
 
Azadliq.info-ya daxil olan məlumata görə son günlər havanın həddindən artıq isti keçməsinə baxmayaraq fəhlə və nəzarətçilərin açıq havada işlədilməsi halları davam etdirilir. /

Google+ WhatsApp ok.ru