Günvurma ilə bağlı 91 müraciət olub

Günvurma ilə bağlı 91 müraciət olub

-- 28 nəfəri qadın, 7 nəfəri uşaqdır

İsti havalar başladıqdan bu yana günvurma ilə bağlı 91 nəfər tibbi yardım üçün müraciət edib.
 
Bunu Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BTTTYS) bildiriblər.
 
«Bu 91 nəfərdən 57 nəfəri kişi, 28 nəfəri qadın, 7 nəfəri uşaqdır».
 
Stansiyadan verilən bilgiyə görə, 57 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
 
Qalan müraciət edənlərə ilk tibbi yardım göstərilərək evlərinə buraxıldıqları deyilir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru