Google artıq dünyanı kürə şəklində göstərir  - FOTO

Google artıq dünyanı kürə şəklində göstərir - FOTO

ABŞ-ın internet şirkəti Google, xəritə tətbiqində dünyanı kürə şəklində təmsil etməyə başladı.
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, yeni güncəlləməylə gələn xüsusiyyət sayəsində, kompüterdə Googlenin xəritə tətbiqi açıq olduqda, sonuna qədər zoom out (optik uzaqlaşdırma) edilərkən, dünya artıq səthi proyeksiya olaraq deyil, 3D formatlı kürə şəklində görünür.
 
Bu dəyişikliyin yer üzünün daha düzgün göstərilməsinə təsir edəcəyi bildirildi.
 
Google Mapsın Twitter hesabından verilən məlumatda- " 3D formatlı kürə modeli sayəsində Greenlandın proyeksiyası Afrika ilə eyni ölçüdə olmayacaq" ifadəsi işlədildi.
 
Google bu günə qədər xəritə tətbiqində Hollandiyalı riyaziyyatçı və kartoqraf Gerardus Mercatorun adıyla xatirlanan xəritə proyeksiyasını istifadə edirdi.
 
Yeni xüsusiyyət hələlik yalnız komputerlərdə  istifadə edilə biləcək. Mobil xəritə tətbiqi, səthi proyeksiyanı istifadə etməyə davam edəcək.
 

Google+ WhatsApp ok.ru