Google-nin sizin haqqınızda bildiyi 8 şey

Google, müxtəlif mövzularla bağlı bir çox xidmət ilə istifadəçilərinə xidmət verməyə davam edir. Yaxşı, bunun əvəzini istifadəçilər necə ödəyir?
 
Maide.az xəbər verir ki,  Google, 1998-ci ildən bu yana bir çox mövzuda, bir çox xidməti ilə istifadəçilərinə xidmət verməyə davam edir. Hər şeyin bir əvəzi olduğu fikirinə əsasən şirkət, istifadəçilərin fərqində olmadan bir çox məlumatlarını özündə toplayır. Google sizin xəbəriniz olmadan sizdən hansı məlumatları toplayır? 
 
1- Axtardığınız hər şeyi yığır saxlayır 
 
İstifadəçilər normal ya da gizli internet təcrübələrini reallaşdırdığı sırada, özlərini izləyən bir sistemin olduğunu bilmirlər. Belə ki, bütün axtarışlar saytda qeyd olunur və saxlanılır. Google, bu sayədə sizə xüsusi axtarış variantları, reklamları daha asan təqdim edə bilir. 
 
 2- Harada olduğunuzu yada olacağınızı bilir 
 
Google Maps və ya GPS istifadə edildiyi təqdirdə sizi təqib edə bilir. Bunu da demək lazımdır ki, ağıllı telefonunuzda açıq olan Google emailiniz, sayt tərəfindən izlənilmək üçün kifayət edir. 
 
3.  Sevdiyiniz yada  sevmədiklərinizi  bilir 
 
Axtardıqlarınızı yadda saxladığı üçün  sizin bəyəndiyiniz  sayt, reklam və digər şeyləri sizə tərcih olaraq göstərir.  Youtube saytını açarkən baxa biləcəyiniz prioritet  videolar  Google sayəsində sizə təqdim edilir.
 
4- E-maillerinizin təqibini reallaşdırır 
Hər gün minlərlə insanın Gmail kimi bir xidməti istifadəçilərinə  Google təqdim edir.  Bununlada  göndərdiyiniz və aldığınız bütün məktubları təqib edir və bilir. 
 
5 -  Hansı tətbiqi nə qədər istifadə etdiyinizi bilir
 
Google hansı tətbiqi nə zaman, nəqədər istifadə etdiyinizi arxivində yer alan qeydlər bölümündə saxlayır.
 
6- Nə qədər pul xərclədiyinizi bilir 
 
Əgər Android  istifadəçisinizsə və Google  Wallet  proqramını istifadə edirsizsə Google  sosial həyatınızda  xərclədiyiniz  pulun  miqdarını bilir. 
 
7- Səsinizi yazır 
 
Google Voice-  səsli  axtarış sistemi aktiv olan istifadəçilərin  səsi, sayt tərəfindən yazılır. Sonrakı axtarışlarda səsi tanıma özəlliyi və digər funksiyalar buna görədir. 
 
8- Hər şeyi bilir 
 
Düşünürsüz yalnız Chrome, Mozilla, Explorer  axtarış sistemləri ilə axtarılanlardan Googlenin xəbəri var. Xeyir belə deyil, hər hansı bir sayt və tətbiqi açırsınızsa orada google-nin xidmət göstərdiyi hər hansı bir reklam, axtarış və s. var və  yuxarıda qeyd etdiklərimizi google həmin vasitələrlə bilir. Bu anlamda Google  düşündüyümüzdən daha çoxun ubilir. shiftdelete.net/
 
 

Google+ WhatsApp ok.ru