`Google Play Store` yenilik edir

`Google Play Store` yenilik edir

Google şirkəti , "Play Store"da yeniləmə edəcək.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, yenilənmə ilə birlikdə istifadəçilər proqram yükləyərkən onlara proqramın həcmi barədə xəbərdarlıqlar gələcək.
 
İstifadəçilər bu xəbərdarlıq ilə birlikdə proqramı yükləyib yükləməmək barədə qərar verəcəklər.
 
Bu xəbərdarlıq mesajı, istifadəçiyə mobil internetlə proqram yükləməyin mümkünlüyünü də bildirəcək.
 
Əgər mobil internetlə proqramı yükləmək mümkün olmasa, istifadəçi Wi-Fi bağlantısdan istifadəyə qoşularkən proqramın yüklənməsi davam edəcək.
 
Yenilənmənin nə vaxt gələcəyi ilə bağlı hələ ki dəqiq məlumat yayımlanmayıb. Lakin, qısa bir müddət ərzində Google, Android sistemi üçün hazırladığı yeni "Google Play Store" təqdim edəcək.
 

Google+ WhatsApp ok.ru