Google qulaqcıqları 40 dildə danışığı başa düşüb tərcümə edəcək

Google qulaqcıqları 40 dildə danışığı başa düşüb tərcümə edəcək

Google-un yeni simsiz qulaqcıqları yol göstərir, internetdə lazım olan məlumatı axtarır və xarici danışıqları tərcümə edir.
 
Oktyabrın 4-də Google-un San-Francisco-da keçirilən prezentasiyasında şirkət yeni cihazlar seriyasını təqdim edib.
 
Onların arasında real vaxt rejimində xarici dildən danışığı tərcümə edən Pixel Buds simsiz qulaqcıqları da var.
 
Qulaqcıqlar səsli Google Assistant-ın köməyilə Pixel smartfonuna qoşulub.
 
Köməkçi xarici danışığı qəbul edərək tərcüməsini qulaqçığa diktə edir.
 
Smartfonun köməyilə cavabı ona diktyə etməklə öz danışığını da tərcümə etmək olar.
 
Pixel Buds-un imkanlarını nümayiş etdirmək üçün Google əməkdaşları dialoq hazırlayıblar: onlardan biri ingiliscə danışıb, digəri isə ona Isveç dilində cavab verib.
 
Hələ ki cihaz 40 dili dəstəkləyir, rus dili bu siyahıda yoxdur.
 
Simsiz qulaqcıqlar musiqini əllə yüngül toxunmaqla idarə etmək imkanı verir: mahnıları oynatmaq, digər mahnıya keçid etmək, səsi tənzimləmək.
 
Google Assistant həmçinin smartfonun köməyi olmadan yolu göstərir, internetdə axtarış aparır və zəngləri idarə edə bilir.
 
Google-un məlumatına görə, ABŞ-da Pixel Buds qulaqcıqları noyabrda satışa buraxılacaq. Qulaqcıqların başlanğıc qiyməti 159 dollardır.
 
Bundan başqa San-Francisco-da keçirilən prezentasiyada şirkət yenilənmiş Pixel smartfonunu, Pixelbook notbukunu, mini-kamera, musiqi gücləndiricilərini və Google Home ev köməkçisinin kiçildilmiş versiyasını nümayiş etdirib.
 
 
Bundan başqa San-Francisco-da keçirilən prezentasiyada şirkət yenilənmiş Pixel smartfonunlarını da təqdim edib
 
Google-un məlumatına görə, ABŞ-da Pixel Buds qulaqcıqları noyabrda satışa buraxılacaq. Qulaqcıqların başlanğıc qiyməti 159 dollardır.
Bundan başqa San-Francisco-da keçirilən prezentasiyada şirkət yenilənmiş Pixel smartfonunu, Pixelbook notbukunu, mini-kamera, musiqi gücləndiricilərini və Google Home ev köməkçisinin kiçildilmiş versiyasını nümayiş etdirib.(bbc)
 

Google+ WhatsApp ok.ru