Google əl yazısını tanıyacaq 17 Aprel 2015 01:00 Maraq dünyası Google əl yazısını tanıyacaq. Yeni yaradılan tətbiqetmə telefon və planşetlər vasitəsilə əl yazısı ilə axtarış aparmağa imkan verəcək. İstifadəçilərin 82 dildə əl yazısıyla axtarış aparmasına imkan verən "Google əl yazısı" adlı yeni klaviatura tətbiqetməsi artıq "Google play"də istifadəyə verilib. İstifadəçilər qələmə ehtiyac olmadan telefonun ekranına toxunmaqla istədikləri sözü yazıb axtara biləcəklər. Bu tətbiqetmə Android 2.3 və onun daha üstün versiyaları olan telefonlar, Android 4.0 və onun daha üstün versiyaları olan planşetlər, iOS 5 və onun daha üstün versiyaları olan iPhone və iPadlərdə istifadə oluna biləcək.azvision / Teqlər : #Google əl yazısını tanıyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru YouTube pullu abunəlik sistemini işə salacaq Akkumulyatorla 1000 kilometr qət etmək mümkün olacaq