Google data mərkəzlərinə yatırım qoyur

Google data mərkəzlərinə yatırım qoyur

Google (GOOGL.O) növbəti iki il ərzində Avropada data mərkəzlərinin genişləndirilməsinə 3 milyard avro (3,3 milyard dollar) əlavə sərmayə qoyacaq. Bunu şirkət rəsmisi Sundar Pichai Finlandiyada deyib.
 
İnvestisiya planına Finlandiyadakı Haina data mərkəzinə əlavə 600 milyon avro sərmayə daxildir. Bununla sözügedən mərkəzə sərmayənin məbləği 2 milyard avroya çatar. Məlumatı Finlandiyanın Baş naziri Antti Rinne birgə mətbuat konfransında verib.
 
“Bu, Finlandiya üçün fantastik xəbərdir”, – Rinne söyləyib.
 
Google artıq Haminada bir data mərkəzinə malikdir, köhnə kağız fabrikinin bərpasına 800 milyon avro xərcləyib. Şirkət mayda bildirib ki, eyni ərazində yeni bir mərkəzin yaradılmasına 600 milyon avro xərcləyəcək.
 
Şirkətin Avropadakı digər data mərkəzləri Niderlandda, İrlandiyada və Belçikada yerləşir.
 

Google+ WhatsApp ok.ru