Google və Apple şirkətləridə Trumpın müsəlmanlar əleyhinə informasiya sistemi ideyasına qarşı çıxdı

Google və Apple şirkətləridə Trumpın müsəlmanlar əleyhinə informasiya sistemi ideyasına qarşı çıxdı

Facebook, Microsoft və Twitterin ardınca  texnologiya və kompüter dünyasının daha üç nəhəngi  müsəlmanlar əleyhinə informasiya sisteminin yaradılması layihəsinə qoşulmayacaqlarını açıqlayıb. 
 
Maide.Az xəbər verir ki, “engadget” xəbər saytının məlumatına görə,  Amerikanın  müsəlman mühəndislərinin “müsəlmanlar əleyhinə informasiya sisteminin” yaradılması layihəsinə etirazının ardınca google, apple və uber şirkətləri  də mediyaya açıqlama verib və müsəlmanlar əleyihnə olan bu layihəni dəstəkləməyəcəklərini bildiriblər. 
 
Google şirkəti elan edib ki,  belə bir layihənin masa üzərində olmadığını bilirik lakin əgər olsa belə biz bu işi görməyəcəyik. 
 
 Apple şirkəti də elan edib ki, bu işə qarşıdır. “Düşünürük  bütün insanlarla bir formada davranmaq lazımdır.  Din, səliqə və onların zahiri görnüşü fərqli davranış sərgiləmək üçün əsas ola bilməz”. 
 
Qeyd edək ki,  Facebook, Microsoft və Twitter daha öncə  layihəyə qoşulmayacaqlarını bildirmişdilər. 
 
Xatırladaq ki, müsəlmanlar əleyhinə informasiya sisteminin yaradılması ideyasını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump  seçki kompaniyası zamanı irəli sürüb.  O, hələlik  bu işi görməyəcəyini açıqlamayıb.  Digər tərəfdən onun  müşavirlərindən biri yaxın günlərdə açıqlama verərək müsəlmanlar əleyhinə olan bu layihənin icrasını təklif edib. 
 
 

Google+ WhatsApp ok.ru