Google yardım kampaniyasına başladı

Şirkət humanitar yardım edən təşkilatlara kömək üçün ianə kampaniyası keçirib

Google İkinci Dünya müharibəsindən bu yana dünyanın gördüyü ən böyük "qaçqın və köçkün böhranında" ön cərgələrdə dayanan humanitar yardım təşkilatlarına kömək üçün ianə kampaniyası başlayıb.
 
Maide.az xəbər verir ki, Google-nin açıqlamasına görə, şirkət yaradacaq töhfəni iki dəfə artırmaq məqsədilə dünya üzrə toplanan ilk 5 milyon avroya qədər, insanlardan gələcək hər bir hədiyyəyə qarşılıq eyni məbləğdə ianə verəcək. Beləliklə, ilk fazada ümumilikdə 10 milyon avro məbləğində ianə əldə ediləcək.
 
İanələr yardım edən Sərhədsiz Həkimlər, Beynəlxalq Xilas Komitəsi, Uşaqları Xilas Edin Fondu və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı olmaq üzrə 4 qeyri-hökumət təşkilatlarına paylanacaq.
 
Açıqlamada özü də körpəlikdən bənzər çətinlikləri yaşamış olan Google əməkdaşı Rita Masoudun rəsmi bloq səhifəsindəki yazısına da yer verilib:
 
"Əfqanıstanda, müharibənin yerlə bir etdiyi Kabil şəhərində doğulmuşam. 7 yaşında ailəmlə yanımızda sadəcə bir çamadana sığa biləcək qədər əşyayla daha təhlükəsiz və daha yaxşı gələcək ümidi ilə Avropaya qaçdıq. Bu, bir-birinin ardınca minilən çoxlu sayda qatar və avtobusa aclıq, susuzluq, soyuq və qorxunun müşayiət etdiyi qaranlıq bir yol idi..."

Google+ WhatsApp ok.ru