Goranboyda ağır yol qəzası baş verib

Goranboyda ağır yol qəzası baş verib

-- 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Goranboy rayonunda ağır yol qəzası baş verib.
 
Maide.Az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. 
 
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 
 
Faktla bağlı araşdırma aparılır.  
 

Google+ WhatsApp ok.ru