Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum oldu

Goranboyda baş verən kütləvi qətlin təfərrüatları açıqlanıb.

Trend xəbər verir ki, Goranboy rayon prokurorluğunun böyük müstəntiqi Firdovsi Vəliyevin Kəpəz TV-yə verdiyi məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun ikinci həyat yoldaşı Südabə Məmmədovanın toy mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib.

R.Hüseynov ilkin olaraq qayınları Natiq və Namiq Məmmədovlara ov tufəngi ilə atəş açıb. Daha sonra səsə gələnlərin üzərinə F1 əl qumbarası ataraq 8-9 dəfə atəş açıb. Hadisə nəticəsində 2 nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Ovçu olan Rafiq Hüseynov könüllü olaraq polisə təslim olub. /

Google+ WhatsApp ok.ru