Goranboyda eva silahlı basqın olub, 7 nəfər öldürülüb, 2 nəfər yaralanıb (ƏLAVƏ OLUNUB 2)

Hadisəni törədən ailənin kürəkəni həbs olunub

Goranboy rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.

O 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur. Məlumata görə, kütləvi qətl törədən şəxs ailənin kürəkəni olub.

10:28

Anspress-in məlumatına görə, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs ailənin yeznəsi olub. Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub. 

İlkin ehtimala görə, Rafiq bir ay əvvəl ailə həyatı qurduğu həyat yoldaşını gecə saatlarında möhkəm döyüb. Qadın ata evinə gəlib. Rafiq səhər saatlarında qayınatasıgilə gələrək avtomat silahla evdə olan qayınanası, həyat yoldaşı, qayınları, baldızı və evin gəlinlərini güllələyib.

10: 22

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə bildiriblər ki, xəstəxanaya silahlı insidentlə bağlı iki xəstə daxil olub. Onlar 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədovadır. Onların hər ikisi Goranboy rayonunun Safıkürd kəndindəndirlər.

Məlumata görə, hər iki şəxs çoxsaylı odlu silah yaraları ilə xəstəxanaya daxil olub.

09:52

Goranboyda bir evdə 7 nəfər öldürülüb, iki nəfərə isə xəsarət yetirilib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə bu gecə baş verib. Yaşayış evinə silahlı hücum edən şəxs 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. /

Google+ WhatsApp ok.ru