Goranboyda öldürülən 7 nəfər torpağa tapşırıldı

Bu gün Goranboydakı dəhşətli olay zamanı öldürülən 7 nəfər torpağa tapşırılıb. 
 
Meyitlər məhkəmə tibbi ekspertiza tərəfindən müayinə edildikdən sonra ailələrinə təhvil veriliblər. 
 
İki nəfərdən ibarət ailə yaşadıqları Səfiküdr kəndinin qəbirstanlığında basdırılıblar. 
 
Qeyd edək ki, oktyabrın 1-i səhər saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
 
R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Google+ WhatsApp ok.ru