Gürcüstanda 13 nəfər  ‘donuz qripi’ndən ölüb

Gürcüstanda 13 nəfər ‘donuz qripi’ndən ölüb

Gürcüstanda son bir ayda 13 nəfər "donuz qripi"ndən (H1N1) ölüb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu səbəbdən ölkənin bütün klinikaları karantin elan edib. Tibb müəssisələri fövqəladə rejimdə işləyir.
 
Son məlumatlara əsasən, laborator qaydada 162 H1N1 virusuna yoluxma faktı təsdiqlənib.
 
Daha əvvəl Gürcüstanda qripdən ölənlərin sayının 11 nəfər olduğu bildirilirdi.
 

 

Google+ WhatsApp ok.ru