Gürcüstanda əzadarlıq məclisi keçirilib - FOTO

Maide.az xəbər verir ki, Gürcüstanda bir çox məntəqələrdə olduğu kimi Tbilisinin yaxınlığındakı Əhli-beyt (ə) məscidində Xanım Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar əza məclisi keçirilib.
Məclisdə məscidin axundu Hacı Rahid Kərimov, BGMİ-nin Kvemokartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov Xanım Zəhranın (s.ə) fəzilətindən və o xanımdan alınan dərslərdən söhbət açıblar və sonra Əhli-beyt məddahı Ceyhun Müəzzinin rövzəsi ilə qəm məclisi davam etdirilib. 
Qeyd edək ki, Tbilisi "Cümə" məscidində sabah da əzadarlıq məclisi keçiriləcəyi nəzərdə tutulub.
 
 
 

Google+ WhatsApp ok.ru