Gürcüstanda azərbaycandilli məktəbdə hicab problemi yaranıb

Gürcüstanda azərbaycandilli məktəbdə hicab problemi yaranıb

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.
 
Şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib.
 
Məktəb direktoru Elza Aşirova isə bildirib ki, baş örütüyünə qadağa məktəb qaydalarına əsasən qoyulub. Onun sözlərinə görə, şagirdlərin məktəbə papaq və başqa baş örtükləri ilə gəlməsi qadağandır.
 
Qeyd edək ki, son illər Gürcüstanın orta məktəblərində hicabla bağlı bir neçə insident qeydə alınıb. Bu yaxınlarda ombudsman insidentlərlə bağlı ölkənin Təhsil və Elm Nazirliyinə şagirdlərin dini mənsubiyyətini ifadə etmək hüququnun təmin edilməsi ilə bağlı müraciət edib.(apa) /

Google+ WhatsApp ok.ru