Gürcüstanda bəzi məhdudiyyətlər ləğv olunur 24 Fevral 2021 15:18 Dünya Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib. Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur. Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək. Bundan başqa, martın 15-dən teatrlar, idman klubları, peşəkar ansambllarda məşq və təlimlərin keçirilməsi mümkün olacaq, aprelin 1-dən isə fəaliyyət tam bərpa olunacaq. Martın 15-dən həmçinin ali məktəblərdə əyani tədrisə başlanılacaq. Muzey və kitabxanalar isə fəaliyyətlərini martın 1-dən etibarən bərpa edəcəklər. Teqlər : #Gürcüstanda,#bəzi,#məhdudiyyətlər,#ləğv,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yunanıstan qırıcıları Türkiyə gəmisinə hücum edib Əmirəlmöminin Əlinin (ə) hərəminin günbəzinin üzərinə mövlud bayrağı sancıldı - FOTO
İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür
Rusiya Təhlükəsizlik Şurasının katibi: ABŞ Rusiya-Çin sərhədi yaxınlığında bioloji silah istehsal edir