Gürcüstanda baş verən yol qəzasında ölənlərin sayı 17-yə çatıb

Gürcüstanda baş verən yol qəzasında ölənlərin sayı 17-yə çatıb

Gürcüstanın şimal-şərqində mikroavtobus qəzasında ölənlərin sayı 17-yə çatıb.
 
Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
 
Ötən gecə sərnişin mikroavtobusu Duşeti bələdiyyəsinin Şatili kəndi yaxınlığında təxminən 80 metr yüksəklikdən düşüb. İlkin məlumata görə, avtobusdaTiflisdən gələn turistlər olub.
 
Xilasedicilər sağ qalan üç nəfəri tapıb. Onlar ağır yaralanıb, vəziyyətləri ağırdır. Artıq üçü də tibb müəssisəsinə aparılıb.
 

Google+ WhatsApp ok.ru