Gürcüstanda böyük kiberhücum baş verib

Gürcüstanda böyük kiberhücum baş verib

Gürcüstanda Imedi və Maestro televiziya stansiyalarının, minlərlə vebsaytın irimiqyaslı kiberhücum nəticəsində sıradan çıxdığı xəbər verilir.

Oktyabrın 28-də baş verən hücumlar şəxsi informasiyaların yerləşdiyi məhkəmə vebsaytlarını da əhatələyib.

“Şəbəkə iflic olub. Siqnal almırıq, efirə çıxa, montaj kompüterlərini işlədə bilmirik. Mümkün qədər tez efirə qayıtmağa çalışırıq!”, – Imedi-nin sözçüsü Irakli Chikhladze Facebook-da yazıb.

Maestro TV serverinə haker hücumu olduğunu bildirib.

“Telekanalın yayımı dayandırılıb. Kanalın İT xidməti yayımı bərpa etməyə çalışır”, – telekanal bildirib.

Ölkənin Daxili İşlər Nazirliyi müxtəlif vebsaytlara şübhəli kiberhücumlarla bağlı təhqiqata başlayıb.

Bir çox hallarda vebsaytların ana səhifələrində keçmiş president Mikheil Saakashvili-nin fotosu, “Qayıdacağam!” sözüylə birlikdə peyda olub. Bu haqda BBC yazır.

BBC qeyri-hökumət təşkilatları və özəl şirkətlərinki daxil olmaqla ümumilikdə 2 mindən artıq vebsaytın hədəfə alındığını xəbər verir. /Azadliq.org

Google+ WhatsApp ok.ru