Gürcüstanda elektrik stansiyasında qəza baş verib

Gürcüstanda elektrik stansiyasında qəza baş verib

-- Tiflis və ölkənin bir neçə rayonunda elektrik enerjisi kəsilib

İnquri hidroelektrik stansiyasındakı qəza baş verib.
 
Maide.Az bildirir ki, Modern.az Gürcüstanın Dövlət Elektrik Sisteminə istinadən xəbər verir ki, hadisə nəticəsində Tiflis və Gürcüstanın bir neçə rayonunun sakinləri bir neçə saat elektrik enerjisiz qalıblar.
 
“Cümə axşamı, qəza səbəbi ilə İnquri hidroelektrik stansiyasının fəaliyyəti dayandırılıb. Nəticədə Tiflis və bir sıra bölgələrin elektrik sistemində elektrik çatışmazlığı yaşanıb. Hazırda Tiflisdə elektrik təchizatı tamamilə bərpa olunub” bəyanatda bildirilib.
 
“Birinci Kanalın” məlumatına görə hadisəyə görə Gürcüstan üç qonşu dövlətdən elektrik enerjisi almağa məcbur qalıb.
 

Google+ WhatsApp ok.ru