Gürcüstanda güclü yağış fəsadlar yaradıb

Gürcüstanda güclü yağış fəsadlar yaradıb

Gürcüstanın Rustavi şəhərində intensiv yağış ciddi problemlər yaradıb.
 
Maide.Az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi küçə və prospektlərini su basıb. Rustavi şəhərinin bir qəsəbəsinin sakinləri xüsusi qayıqlarla təxliyə olunub.
 
Güclü yağış Qardabani rayonunun Krtsanisi kəndində də problemlərə səbəb olub. Kəndin 10 yaşayış evinin həyət və zirzəmilərini su basıb.
 
Rustavi-Tbilisi avtomobil yolunun bəzi hissələri su altında qaldığından avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
 
Gürcüstanın Fövqəladə halların İdarə olunması Xidməti xüsusi rejimdə fəaliyyət göstərir.
 

Google+ WhatsApp ok.ru