Gürcüstanda Həzrəti Peyğəmbərin(s) və İmam Sadiqin(ə) mövlüd günü qeyd edilib

Gürcüstanda Həzrəti Peyğəmbərin(s) və İmam Sadiqin(ə) mövlüd günü qeyd edilib

Ötən gün (19.12.2016) Qardabani "Qarayazı" şadlıq sarayında həzrəti Muhəmməd (s) və imam Sadiq (ə) mövludları məntəqə müsəlmanlarının və digər qonaqların iştirakı ilə möhtəşəm şəkildə qeyd olunub.
 
Maide.Az xəbər verir ki, tədbir BGMİ, İman və Əhli-beyt(ə) hikməti müəssisələrinin birgə həmkarlığı və Azərbaycandan dəvət olunmuş ilahi nəğmələr qrupunun iştirakı ilə təşkil olunmuşdur. Tədbir Quran qiraəti ilə açıq elan olduqdan sonra qonaqlar BGMİ-nin şeyxi, İran İslam Respublikasının Gürcüstan səfirliyinin mədəniyyət şöbəsinin rəhbəri, Almustafa beynəlxalq universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri, Əhli-beyt Hikməti müəssisəsinin rəhbəri və digər qonaqlar çıxış edərək həzrəti peyğəmbər (s) və imam Sadiqin (ə) həyatına işarə ediblər.
 
Sonda mövlud gününə aid sual-cavab və qaliblərə isə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olundu. Məclis ilahi nəğmələr qrupunun ifası və açılmış ehsan süfrəsindən dadaraq sona çatıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru