GÜRCÜSTANDA HƏZRƏT FATİMEYİ ZƏHRANIN (S.Ə) MÖVLUDU MÜNASİBƏTİ MƏRASİMLƏR KEÇİRİLİR - FOTO

GÜRCÜSTANDA HƏZRƏT FATİMEYİ ZƏHRANIN (S.Ə) MÖVLUDU MÜNASİBƏTİ MƏRASİMLƏR KEÇİRİLİR - FOTO

-- Gürcüstanda Həzrət Fatimənin mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçiriləcək

Gürcüstanda bu günlərdə Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə mərasimlər keçirilməsi nəzərdə tutulub.
 
Maide.Az xəbər verir ki, ötən gün ilk tədbir Marneuli rayonunun Alget kəndində yerləşən “Mahmudoğlu” şadlıq sarayında BGMİnin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasim şəkilində keçirildi.
 
Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Həzrət Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edildi. Çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və din müəllimələri Cənnət xanımı “Həzrət Zəhranən (s.ə) simasında İslamda ailə mədəniyyəti” və “nümunəvi qadın” mövzularında ətraflı məlumatlar verdilər.
 
Bayram süfrəsi ətrafında təşkil olunan mərasimdə məddah Səid Həsən ilahilər oxudu və şeirlər söylədi. Sonda xanımlar arasında yarış təşkil olunub, qaliblərinə və Fatimə və Zəhra adlarını daşıyıcılarına hədiyyələr təqdim olundu. Mərasim dua oxumaqla sona çatdı. Qonaqlara jurnal, təqvim və posterlər paylandı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru