Gürcüstanda Həzrət Fatimeyi Zəhranın  (s.ə)  mövludu münasibətilə tədbir keçirilib - FOTO

Gürcüstanda Həzrət Fatimeyi Zəhranın (s.ə) mövludu münasibətilə tədbir keçirilib - FOTO

 Bu gün Gürcüstanın Marneuli rayonunun Alget kəndində Peyğəmbərimizin (s) əziz qızı, imamət xanımı və anası Həzrət Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə mərasim təşkil olunub. 
 
Maide.Az xəbər verir ki. xanımların iştirak etdiyi mərasimi öncə (tədbirin aparıcısı) Rəhimə Qurbanova təbrik və giriş sözü ilə açıq elan edib.  Daha sonra Qurani-Kərimdən ayələr tilavət edilib. 
 
Sonra “Müsəlman Qadınlar İcması”nın üzvləri olan Esmira Nəsibova və Nahidə Hacıyeva xanımlar xanımı Həzrət Fatimeyi Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından, ailə və qadınlara örnək olacaq həyat tərzindən geniş söhbətlər ediblər. 
 
Kiçik yaşlı Quran kursu şagirdləri isə Həzrət Fatimənin (s.ə) ibrətli kəlamlarını söyləyiblər. Bayram süfrəsi ətrafında təşkil olunan mərasim məddah Səid Həsənin ilahilər oxuması və şeirlər söyləməsi ilə davam edib. Sonda xanımlar arasında yarış təşkil olunub, qaliblərə və Fatimə və Zəhra adında olanlara hədiyyələr təqdim olunub. 
 
Mərasim dua oxumaqla sona çatıb. 
 
 Qonaqlara təqvim və dini infografiklər paylanılıb. 
 
Qeyd edək ki, bu günlərdə Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, xanımlar xanımı Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə müxtəlif şəhər, rayon və kəndlərdə Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə mərasimlər keçirilir.
 
 
.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru