Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 106 nəfər təşkil edir.
 
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin aprel ayı üzrə hesabatında bildirilib.
 
Aylıq müqayisədə qonşu ölkədə həbsdə olan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər azalıb.
 
Gürcüstanda ittiham olunan 16 Azərbaycan vətəndaşı var ki, onların 11-i kişi, 5-i isə qadındır. Məhkum olunan Azərbaycan vətəndaşlarının sayı isə 90 nəfərdir. Onların 81-i kişi, 9-u isə qadındır.
 
Probasiya nəzarətində isə 21-i kişi, 2-si qadın olmaqla 23 Azərbaycan vətəndaşı saxlanılır.
 

Google+ WhatsApp ok.ru