Gürcüstanda mədənçilər tətil elan etdi

Gürcüstanda mədənçilər tətil elan etdi

Gürcüstanın Tkibuli şəhərində mədənçilər tətil elan ediblər.
 
“Report”un yerli bürosu xəbər verir ki, Dzidziquri adına mədənin işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
 
Mədənçilər ağır şəraitdə çalışdıqlarını və lokomativ zədələndiyindən 6 kilometrlik yolu piyada qət etdiklərini deyiblər. 
 
Onlar yeni investorun mədəni bağlayacağını iddia edirlər.
 
Mədənin yeni rəhbərliyi işçilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib. 

Google+ WhatsApp ok.ru